Cəlilabaddan Türkiyə üçün 16 yük maşını ilə yardım göndərilib
    • 13-02-2023, 21:20
    • 151

Cəlilabaddan Türkiyə üçün 16 yük maşını ilə yardım göndərilib

Cəlilabaddan Türkiyə üçün 16 yük maşını ilə yardım göndərilib.

News24.az-ın “Report”a istinadla məlumatına görə, rayon ərazisində yardım üçün 4 məntəqə yaradılıb.

Bu məntəqələrdə müxtəlif ərzaq, isti geyim, konservləşdirilmiş qidalar, uşaq bezləri, yataq dəstləri və digər lazım olan ləvazimatlar toplanılıb.

Yardımlar könüllülər tərəfindən çeşidlənib, qablaşdırılıb və avtomobillərə yüklənib.

Daha sonra toplanan humanitar yardım Cəlilabaddan Bakıya yola salınıb.