ABŞ-ın dövlət katibi çinli həmkarı ilə görüşə bilər
    • 13-02-2023, 23:37
    • 222

ABŞ-ın dövlət katibi çinli həmkarı ilə görüşə bilər

ABŞ səmasında aşkar edilən hava şarlarına görə Çinə səfərini təxirə salan dövlət katibi Entoni Blinken Münhen Təhlükəsizlik Konfransında Çinin xarici işlər naziri Vanq Yi ilə görüşə bilər.

News24.az-ın xəbərinə görə, bu barədə "Bloomberg" məlumat yayıb. Görüşün baş tutması üçün hər 2 tərəfin razılığı tələb olunur.