"Azərbaycandan Türkiyəyə 730 ton qida ehtiyacı transfer edilib" - Səfir
    • 14-02-2023, 14:21
    • 217

"Azərbaycandan Türkiyəyə 730 ton qida ehtiyacı transfer edilib" - Səfir

“Zəlzələnin ilk günündən etibarən Türkiyəyə tırlarla, təyyarələrlə 5624 çadır daşınıb. Bunların hamısı 30 nəfərlik çadırlardır. 25 minə yaxın adyal, 401 ton tibbi ləvazimat, 1297 jenerator, 6204 ədəd isidici, ümumən 730 ton qida ehtiyacları transfer edilib". 

News24.az xəbər verir ki, bu fikirləri Türkiyədəki zəlzələ ilə bağlı keçirilən birifinqdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı deyib.

O qeyd edib ki, zəlzələ bölgəsinə edilən yardımlar ilk olaraq Azərbaycandan çatıb.

Məhərrəm ƏLİYEV