-
- 14-02-2023, 15:48
- 233
"Tərtər işi"nə görə həbs edilmiş 6 nəfərin həbs müddəti uzadılıb
“Tərtər işi” ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş altı nəfər - Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə istintaq orqanının vəsatətinə baxılıb.
News24.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
İş üzrə daha əvvəl həbs olunmuş 4 nəfərin cinayət işi ilə bağlı ibtidai istintaq başa çataraq, baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.