-
- 14-02-2023, 18:34
- 207
Tələbənin qohumu sensasion faktı açdı: “Zəlzələ oldu, onu təxliyə etdilər, sonra isə…”
“Bir qədər əvvəl dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb, lakin Samirin deyil. Onun cəsədi olduğu deyilirdi, amma məlum olub ki, qardaşı şok vəziyyətində olduğu üçün oxşadıb”.
News24.az xəbər verir ki, sözləri açıqlamasında dağıntılar altında qalan tələbələrdən Samir Quliyevin dayısı oğlu Ramal Şəmşədli deyib.
O, cəsədin Samirə aid olmadığını bildirib:
“Samirin boynunda xal var və dişləri üst-üstədir. Tapılan cəsəddə isə bunlar aşkar edilməyib. Bu gün hər kəs dağıntılar altından çıxarılacaq. Dua edək ki, hamısı sağ-salamat çıxsın”.
R.Şəmşədli tələbələrin məhz onun dəstəyi ilə Türkiyəyə getməsi mövzusuna da aydınlıq gətirib:
“Samirlə Şahinə dəstək olmuşam. Təbii ki, Samir bibim oğlu olduğu üçün bu məsələdə ona kömək etmişəm. Amma Şahin özü mənə müraciət etmişdi. O zaman ofisiant kimi çalışırdı. Dəstək oldum, özü imtahan verib, Türkiyədə təhsil almağa getdi”.
R.Şəmşədli daha bir diqqətçəkən məqama toxunub:
“Samir əvvəl Elazığ şəhərində təhsil alırdı. 2020-ci ildə orada zəlzələ baş verdi deyə onu Malatyaya təxliyə etdilər. Guya bəladan qaçırdıq, getdi, orada dağıntılar altında qaldı. Yenə də ümidimiz var ki, xoş xəbər alarıq”.//globalinfo