İlon Mask  iti "Twitter"-in baş direktoru təyin etdi - FOTOLAR
    • 15-02-2023, 09:50
    • 188

İlon Mask iti "Twitter"-in baş direktoru təyin etdi - FOTOLAR

Amerikalı iş adamı və milyarder, “Twitter”in sahibi İlon Mask sosial şəbəkədəki şəxsi səhifəsində it fotosu paylaşaraq onu şirkətin yeni baş direktoru təyin etdiyini yazıb.

News24.az xəbər verir ki, İlon Maskın paylaşdığı fotoda qarşısında kağızlar olan Şiba İnu iti əks olunub.

Öz növbəsində kağızlarda itin pəncələrinin izi şəklində möhür təsvir edilib, adın qarşısında isə Floki ləqəbi yazılıb.

""Twitter"-in yeni baş direktoru heyrətamizdir. O biri oğlandan çox yaxşıdır! O, rəqəmlərlə işləməyi bacarır" - deyə Mask paylaşımında qeyd edib. 

Teymur MƏMMƏDOV