Tapılan meyit ötən il itkin düşən şəxsə məxsus imiş
    • 15-02-2023, 10:21
    • 682

Tapılan meyit ötən il itkin düşən şəxsə məxsus imiş

Bir müddət əvvəl Abşeron rayonu, Saray qəsəbəsi, Zərifə Əliyeva küçəsi 1 ünvanında yerləşən ərazidə tapılmış çürümüş meyitin kimə məxsus olması müəyyən edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, tapılmış meyitdən götürülmüş nümunələr üzrə aparılmış müqayisəli molekulyar-genetik tədqiqat başa çatıb.

Müəyyən olunub ki, aşkar edilmiş çürümüş vəziyyətdə olan naməlum meyit 1969-cu ildə Şamaxı rayonunda anadan olmuş Əbduləliyev Abas Ağamölüt oğluna məxsusdur.
Onun 2022-ci ildə itkin düşdüyü bildirilib.

Ekspertizanın nəticəsi barədə A.Əbduləliyevin ailəsinə məlumat verilib.