“Əgər silkələnmə 10 saniyədən artıq davam edərsə, BU BİNALAR ÇÖKƏR
    • 15-02-2023, 11:21
    • 268

“Əgər silkələnmə 10 saniyədən artıq davam edərsə, BU BİNALAR ÇÖKƏR"

"Bu, indiyə qədər qeydə alınan ən böyük zəlzələlərdən biri idi. Türkiyədə yalnız bir neçə yer böyük zəlzələ riski altındadır. Ümumiyyətlə, Türkiyədə baş verən təbii fəlakət bir çox seysmoloqların gözləmədiyi böyük bir zəlzələ idi".

News24.az xəbər verir ki, bu sözləri Kanadanın Viktoriya Universitetinin yer və okean elmləri fakultəsinin professoru Edvin Nissen deyib. 
Ən böyük zəlzələlərin okeanlarda meydana gəldiyinə diqqət çəkən Nissen, "Bu zəlzələləri sahil bölgələrində yaşayanlar hiss edir və qurudakı canlılar isə daha az sarsıntı keçirir," deyib.

Professor keçmişdə Şərqi Anadolu qırılma xəttində baş verən zəlzələlərin 6.8-7 bal civarında olduğunu qeyd edib:

 "7,7 bal gücündə bu zəlzələ indiyə qədər qeydə alınan ən böyük zəlzələlərdən biri idi. Ola bilsin ki, dünyada baş verən quru zəlzələlərində ilk 5 və ya 10-da belə ola bilər. Bu zəlzələnin quruda baş verməsi də ən çox ziyan vuran amillərdən biri olub. Əslində 6,8 bal gücündə olan zəlzələ meydana gələn enerji baxımından 7,8 bal gücündəki zəlzələdən 30 dəfə zəifdir. 7,8 və 6,8 bal gücündəki zəlzələlər arasında böyük fərq var. Bu bir çox seysmoloqun gözləmədiyi böyük bir zəlzələdir".

Türkiyənin 1000 illik zəngin bir tarixə malik olduğunu və 100 il əvvələ gedən böyük zəlzələ qeydlərinin olduğunu bildirən Nissen bu qırılma xəttində heç kimin 7,8 bal gücündə zəlzələ olacağını gözləmədiyini bildirib:

"Binalar belə güclü sarsıntıya tab gətirə bilməz, lakin silkələnmə müddəti də çox vacibdir. Əgər titrəyiş uzun sürərsə təsirli olur. Təxminən 1 dəqiqə davam edən 7,8 ballıq zəlzələdə insanlar çox güclü sarsıntı hiss etdilər. Təsəvvür edin ki, şiddətlə silkələnir. Bu,10 saniyə davam edərsə, binalar dayana bilər, ancaq bir dəqiqə davam edərsə, ona tab gətirəcək qədər güclü olmayan bir bina dayana bilməz".

Nissen Şərqi Anadolu qırılma xəttində 7 bal gücündəki böyük zəlzələlərin 20-ci əsrdə və ondan əvvəl baş verə biləcəyini, bu zəlzələnin tamamilə gözlənilməz olmasa da, təəccüblü olduğunu vurğulayıb.

Aynurə FATEH