FHN-in Türkiyədəki mobil səhra hospitallarında 512 nəfərə tibbi xidmət göstərilib
    • 15-02-2023, 13:12
    • 194

FHN-in Türkiyədəki mobil səhra hospitallarında 512 nəfərə tibbi xidmət göstərilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə fəaliyyət göstərən mobil səhra hospitallarında 512 nəfərə tibbi xidmət göstərilib.

Bu barədə News24.az-a FHN-dən məlumat verilib.

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraş rayonunda fəaliyyət göstərir.

Belə ki, hospitallarda ötən günlər ərzində 512 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.