Tanınmış seysmoloqdan Ərdoğana çağırış:
    • 15-02-2023, 15:15
    • 162

Tanınmış seysmoloqdan Ərdoğana çağırış: "Yeni evlər tikməyə tələsməyin"

Kahramanmaraşda zəlzələ olacağını proqnozlaşdıran tanınmış türk seysmoloqu Naci Gerur Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı fəlakət zonasında tikintiyə başlamamağa çağırıb.

News24.az xəbər verir ki, Gerur sözügedən çağırışı Ərdoğanın açıqlamasından sonra edib. O, tikinti işlərinin mart ayında başlamasının əleyhinə olduğunu qeyd edib: "Yenidən tikinti aparılacaq ərazinin seysmik xəritəsi hərtərəfli tərtib edilmədən işlərə başlamaq olmaz".

Seysmoloq ən azı bu dəfə onun sözlərinin nəzərə alınacağına ümid etdiyini bildirib. /Millyet.com.tr/

Teymur MƏMMƏDOV