-
- 15-02-2023, 15:22
- 5 703
"Zəlzələdən sonra Bakıda mənzillərin fantastik qiymətləri düşəcək"
"Azərbaycan əmlak bazarında şişirilmiş qiymətlər enə bilər".
News24.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Ekspert qeyd edib ki, daşınmaz əmlak bazarında elə də ciddi dəyişiklik müşahidə olunmayıb: "Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan daşınmaz əmlak bazarında ciddi qiymət dəyişikliyi hiss olunmayıb. Hər il yanvar-fevral aylarında mənzil bazarında bazarında nisbi sakitlik olur. Çünki insanlar il ərzində pulunu toplayıb, ilin sonunda yatırım edirlər və ipoteka kreditlərinin verildiyi bir dövr olur. Əsasən, alıcı fəallığı bu dövrdə müşahidə edilir".
Elnur Fərzəliyev əlavə edib ki, Türkiyədə baş verən zəlzələ Azərbaycan əmlak bazarına təsir göstərəcək: "Zəlzələ hələ tam bitməyib, proses davam edir. Bu proseslər bitəndən sonra əmlak bazarında qiymətlər bəlli olacaq. Paytaxtda "xruşşovka" tipli binalar fantastik qiymətdə bahadır. Həmin binalarda qiymətlər süni şəkildə artırılıb. Həmin binaların qiymətində enmə müşahidə oluna bilər. Yeni tikili binalarda isə qiymətlər getdikcə bahalaşır".
Ekspert bildirib ki, yeni tikili binalarda qiymətlərin enməsi üçün əvvəlcə ucuz torpaq sahələri olmalıdır: "Bina tikmək üçün torpaq ərazisinin sotu artıq 100 mindən bahadır. Sahibkar təkcə torpaq sahəsinə 10 milyon yatırım edir. Ona görə də bütün xərclər maya dəyərinin üzərində toplaşır".
Qumral Əliyeva