Marko Yankoviç: “Azarkeşlər önündə qələbə üçün əlimizdən gələni edəcəyik”
    • 15-02-2023, 18:16
    • 257

Marko Yankoviç: “Azarkeşlər önündə qələbə üçün əlimizdən gələni edəcəyik”

“Sabah bizim üçün çətin oyun olacaq. Avrokuboklarda zəif rəqib yoxdur. Matça hazır olmağa çalışırıq. Rəqibi yaxşı analiz etmişik. Ən yaxşı nəticə üçün mübarizə aparacağıq. Azarkeşlər önündə qələbə üçün əlimizdən gələni edəcəyik”.

News24.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Marko Yankoviç Bakıda Belçikanın "Gent" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.

Foto: Teymur MƏMMƏDOV