"Kamalın ölkə rəhbərinə açıq müraciəti onun haqqıdır" - Azər Aydəmir
    • 15-02-2023, 18:19
    • 224

"Kamalın ölkə rəhbərinə açıq müraciəti onun haqqıdır" - Azər Aydəmir

Aktyor Azər Aydəmir rejissor Kamal Yaşarla bağlı paylaşım edib.

News24.az sözügedən paylaşımı təqdim edir:

"Hörmətli həmkarlar, mən də incəsənət xadimi olaraq Kamal Yaşar ilə bağlı xoşagəlməz hadisəyə münasibət bildirməyi özümə borc bilirəm. Kamal çox istedadlı insandır. Azərbaycan mədəniyyətinə verdiyi töhfə az deyil və bu istiqamətdə daima fəaliyyətdə olan adamdır. Onu qəti sürətdə həvəsdən salmaq olmaz. Bəli, dublyaj sahəsinin qonorar miqdarları yerlərdə sürünür. Kamalın ölkə rəhbərinə açıq müraciəti onun doğal və konstutisyon haqqıdır".

Xatırladaq ki, Kamal Yaşarın Mədəniyyət TV-də müəllifi və aparıcısı olduğu “Kinokitab” layihəsi dayandırılıb.