Neymar PSJ-ni "Çelsi"yə dəyişə bilər
    • 15-02-2023, 22:42
    • 271

Neymar PSJ-ni "Çelsi"yə dəyişə bilər

Fransa PSJ-sinin futbolçusu Neymar İngiltərənin "Çelsi" komandasına keçə bilər.

London klubunun sahibi Todd Bouli Paris təmsilçisinin prezidenti Nasser Əl-Xəlaifi ilə naharda görüşüb. Onlar braziliyalı hücumçunun "zadəganlar"a transfer ehtimalını müzakirə ediblər.

İddiaya görə, "mavilər" bu keçid üçün qarşı tərəfə 60 milyon avro təklif etməyə hazırdır.

Daha əvvəl PSJ-nin yay transfer pəncərəsində Neymarla vidalaşmağa hazır olduğu bildirilib. Lakin 31 yaşlı forvard klubundan ayrılmaq istəmir.

Qeyd edək ki, ulduz futbolçu bu mövsüm meydana çıxdığı 28 oyunda 17 qol vurub və 16 məhsuldar ötürmə edib. /Report/