Azərbaycanlı tələbə Hümam İsmayıllı ilə vida mərasimi - FOTOL/VİDEO
    • 16-02-2023, 11:18
    • 2 071

Azərbaycanlı tələbə Hümam İsmayıllı ilə vida mərasimi - FOTOL/VİDEO

Malatyada baş verən zəlzələ nəticəsində vəfat edən azərbaycanlı tələbə Hümam İsmayıllı ilə vida mərasimi keçirilir.

News24.az xəbər verir ki, Hümam bu gün saat 12:00- da Sumqayıt qəbristanlığında dəfn ediləcək. 

Xatırladaq ki, Türkiyədə zəlzələ baş verdiyi vaxtdan İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında heç bir məlumat yox idi. Onların cəsədləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.

Qumral ƏLİYEVA
Teymur MƏMMƏDOV