-
- 16-02-2023, 11:29
- 298
“Hümam mən ölənəcən qəlbimdə sağ olacaq” - Azərbaycanlı tələbənin babası
“Sonuncu dəfə anası Hümamdan soruşdu ki, niyə Azərbaycana gəlmirsən? O da deyib ki, magistraturaya hazırlaşır, yayda qəbul olub, sonra gələcək. Həm də dedi ki, alman və ingilis dillərini öyrənir deyə gəlmir. Hümam barəsində keçmiş zamanda danışa bilmirəm. Bu gün də inanmıram ki, o yoxdur”.
Bu fikirləri News24.az-a açıqlamasında Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Hümam İsmayıllının babası Barat Səfərov deyib.
O bildirib ki, nəvəsinin ən böyük arzusu dünyada tanınmış kompüter mühəndisi olmaqdır: “Uşaqlıqdan o sahəyə marağı var idi. Hümam ailəmizin birinci nəvəsidir deyə onu çox istəyirik. Onun dünyagörüşü, fikirləri tamam başqa idi. Çox gözəl nəvə idi. Hümam bu gün də mənim qəlbimdə sağdır, mən ölənəcən də sağ olacaq”.
Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Hümam İsmayıllının yas mərasimində iştirak edir.
Müxbir: Qumral Əliyeva
Foto: Teymur Məmmədov