"Mədəniyyət telekanalı reklam və reytinqdən asılı ola bilməz" - Elçin Əlibəyli
    • 16-02-2023, 11:43
    • 189

"Mədəniyyət telekanalı reklam və reytinqdən asılı ola bilməz" - Elçin Əlibəyli

Dövlət tərəfindən tam maliyyələşən (yəni bizim vergi ilə) bir televiziyanın reytinq güdməsi artıq yolverilməzdir!

News24.az xəbər verir ki, bu fikirləri sosial şəbəkə hesabında jurnalist Elçin Əlibəyli qeyd edib.

“Dövlət tərəfindən tam maliyyələşən (yəni bizim vergi ilə) bir televiziyanın reytinq güdməsi artıq yolverilməzdir! Dövlət elə pulu buna görə ayırır ki, bu yayımçı reklamvericidən, reytinqdən asılı olmasın, milli və dövlət maraqlarına xidmət etsin. Mədəniyyət telekanalı isə ümumiyyətlə reklam və reytiqdən asılı ola bilməz, birbaşa mədəniyyət immunitetinə xidmət etməlidir! Əgər onlar da birbaşa reklam bazarına işləyirsə onda burada haqsız reklam rəqabəti, inhisar və dövlət yayımının tənzimlənməsi ilə bağlı qanunvericilik pozuntusu halı var. Hesablama Palatası, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Respublikası Audiovizual Şurası məsələyə müdaxilə etməlidir!”,-deyə E.Əlibəyli bildirib.