Türkiyədə daha bir podratçı gəmi ilə qaçarkən saxlanıldı
    • 16-02-2023, 12:26
    • 225

Türkiyədə daha bir podratçı gəmi ilə qaçarkən saxlanıldı

Zəlzələdən sonra həbs qərarı çıxarılan podratçılardan biri gəmiylə xaricə qaçarkən saxlanılıb.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraşda zəlzələ nəticəsində dağılan binalarla bağlı aparılan istintaqda həbs qərarı çıxarılan podratçı Marmaris sahillərində gəmiylə xaricə getməyə cəhd edərkən yaxalanıb.

Qeyd edək ki, bu xaricə qaçmağa çalışan ilk podratçı deyil. Adıyamanda baş verən zəlzələdə dağılan bir çox binanın podratçısı Yavuz Karakuş, həyat yoldaşı Sevilay Karakuşla Gürcüstana qaçmaq istəyərkən İstanbul hava limanında saxlanılıb. Kahramanmaraşda Pamukoğlu Saytının inşaat mühəndisi də xaricə qaçarkən saxlanılanlar arasındadır.

Humay İSGƏNDƏROVA