Ana evə gec gələn qızını öldürüb, polisə getdi: "Cəsədi götürün"
    • 28-01-2019, 17:34
    • 1 228

Ana evə gec gələn qızını öldürüb, polisə getdi: "Cəsədi götürün"

Qızını öldürən ana evin açarını polisə təhvil verərək cinayət işlədiyini etiraf edib.

Van bölgəsində mübahisə etdiyi 18 yaşlı qızını boğaraq öldürən N.A. isimli qadın polisə gedərək evinin açarını verib və evə gec gəldiyi üçün qızını öldürdüyünü deyib:

“Qızım evə gec gəldiyi üçün öldürdüm, cəsədi hazırda evdədir. Gedin götürün”.

Polisə təslim olan ananın sorğusu davam etdirilir. 18 yaşlı qızın isə cəsədi ekspertizaya aparılıb. İddiayaa görə,  18 yaşlı Ayşe A-nın anası və atası bir müddət öncə anlaşa bilmədikləri üçün boşanıblar. Boşanma müddətində Ayşe.A anası ilə yaşayıb. 18 yaşlı Ayşe A. anasına maddi kömək olmaq üçün əyləncə mərkəzində çalışmağa başlayıb. İş görə evı gec gedən gənc qız ilə anası arasında tez-tez mübahisə düşüb.

Növbəti dəfə evə gec gəldiyi üçün anası onunla mübahisə etməyə başlayıb.

Polisə ifadəsində qızının əyləncə mərkəzində işləməsinə qarşı olduğunu deyn N.A “Evə gec gəldiyi üçün mübahisə etdik. Mübahisə daha da böyüdü  və əsəblərimi cilovlaya bilmədim dəli olmaq həddinə çataraq Ayşənin boğazından yapışdım. Özümə gəldiyimdə Ayşə ölmüşdü".

Daha sonra 18 yaşlı qızın onlardan ayrı yaşayan atası ilə yanaşı rəfiqələrinin də ifadəsinə baş vurulub.

Ayşe.A-nın rəfiqələrindən biri belə deyib:

“Ayşe həyat dolu biri idi. Amma anasının davamlı olaraq ona təzyiqlər göstədiyini deyirdi Bir həftə öncə Ayşe bizə “Bir gün ölümüm anamın üzündən olacaq” demişdi. Bunu söylədikdən bir həftə sonra da bu hadisə baş verdi. Bizə həmişə “Qızlarına gözəl davranan analara qiptə edirəm” deyirdi. Çox dəhşəti hadisədir".

Van polisi hadisə ilə bağlı araşdırmaya başlayıb.

//unikal.org