Ağdama ilk köçün başlayacağı tarix açıqlandı
    • 16-02-2023, 15:38
    • 166

Ağdama ilk köçün başlayacağı tarix açıqlandı

İşğaldan azad edilmiş Ağdam şəhərinə və rayonun digər kəndlərinə köçün 2025-ci ildən həyata keçirilməsi nəzərdə tutulur.

News24.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Namiq Hümmətov bildirib.

O, bu barədə Şəhərsalma Məsələləri üzrə İşçi Qurupun Ağdamda keçirilən iclasında danışıb.

Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərə ilk köç Zəngilan rayonunun Ağalı kəndinə baş tutub.