Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür etdi
    • 16-02-2023, 17:23
    • 216

Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı göstərdiyi dəstəyə görə Azərbaycana və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

News24.az xəbər verir ki, Əminə Ərdoğan tviterdə yazıb:

““Sizin dərdiniz bizim dərdimizdir” deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. Humanitar yardıma, xüsusən də axtarış-xilasetmə qrupları göndərdiyinə görə Azərbaycana və əziz dostum Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.