Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür etdi
    • 7-02-2023, 09:04
    • 262

Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan "Twitter" hesabında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya başsağlığına görə təşəkkürünü bildirib.

News24.az xəbər verir ki, paylaşımda deyilir:

"Hörmətli Mehriban, başsağlığı mesajınıza və dərdimizi bölüşdüyünüzə görə çox sağ olun. Çətin vaxtımızda ilk köməyə gələnlərdən biri də Can Azərbaycan olub. Dəstəyiniz üçün təşəkkür edirik. Dostlarımızın bizimlə olduğunu bilmək xoşdur".

Teymur MƏMMƏDOV