-
- 17-02-2023, 13:06
- 418
Bu ərazilərdə dəhşətli zəlzələlər ola bilər - Mütəxəssislər AÇIQLADI
Türkiyədə baş verən və 35 mindən çox insanın ölümünə səbəb olan zəlzələ dünyanın diqqətini fəlakət bölgəsinə çəkib. Mütəxəssislər əsrin fəlakətinin yaşandığı bölgədə xüsusilə 2020-ci ildə Elazığ zəlzələsindən sonra bir hərəkət gözləyirdi. Təbii ki, Türkiyənin yerləşdiyi ərazi dünyada zəlzələlərin gözlənilən yeganə nöqtəsi deyil. Bəs böyük zəlzələnin gözlənildiyi digər nöqtələr haradadır?
News24.az xarici KİV-ə istinadla təhlükəli zəlzələ nöqtələrinin siyahısını təqdim edir:
Mütəxəssislər Alp qırılma xəttində zəlzələ gözləyirlər. Alp qırılma xətti Yeni Zelandiyada Sakit okean və Avstraliya plitələri arasındakı sərhəddə 600 kilometr uzanan bir xəttdir. Qayaların üzərində aparılan təhlillər göstərir ki, son 8000 ildə bu qırılma xəttində təxminən hər 300 ildən bir 8 və daha yuxarı bal gücündə zəlzələ baş verir.
San Ramon tektonik qırılma xəttində də zəlzələ gözlənilir. Çox dayaz bir qırılma olan San Ramonda baş verə biləcək zəlzələnin 7 və daha yuxarı bal gücündə baş verməsi gözlənilir. Santyaqodan keçən bu xətt ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.
San Anderas qırılma xətti Kaliforniya boyunca şimaldan cənuba doğru uzanan təxminən 1200 kilometr uzunluğundadır. Sakit okean plitəsi ilə Şimali Amerika plitəsi arasındakı tektonik sərhəddə yerləşən qırılma uzun müddətdir ki, ciddi qırılma yaşamayıb. Mütəxəssislər 2000-ci illərin əvvəllərindən zəlzələ gözləyir. Baş verəcək zəlzələnin 7 milyon insanı təsir edəcəyi gözlənilir. Rəsmi hesablamalara görə, 2032-ci ilə qədər 7 və daha yuxarı balda zəlzələ baş verə bilər.
Zəlzələ ölkəsi olan Yaponiya bir müddətdir ki, Nankai qırılma xəttində baş verməsi gözlənilən böyük zəlzələ və sunamiyə hazırlaşır. Bölgədə baş verəcək zəlzələ ilə bağlı proqnozlar verən mütəxəssislər 8-9 bal gücündə zəlzələnin baş verəcəyini proqnozlaşdırır.
Şimali Anadolu qırılma xəttində mütəxəssislər 1999-cu il Mərmərə zəlzələsindən sonra İstanbul zəlzələsinin olacağını deyirlər. Gözlənilən zəlzələnin 7,5 bal gücündə olacağı təxmin edilir.
Qumral Əliyeva