Media subyektləri bu vergilərdən azad edilir
    • 17-02-2023, 13:12
    • 303

Media subyektləri bu vergilərdən azad edilir

Media subyektlərinin (kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxslərin) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilir.

News24.az bildirir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.

Vergidən azadolmalar audiovizual media subyektlərinə şamil olunmur.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.