SON DƏQİQƏ! BMT-dən dünyaya VACİB ÇAĞIRIŞ - Zamanı gəldi
    • 17-02-2023, 16:12
    • 179

SON DƏQİQƏ! BMT-dən dünyaya VACİB ÇAĞIRIŞ - Zamanı gəldi

Birləşmiş Millətlər Təşkilatı (BMT) Türkiyədə zəlzələdən zərər çəkənlərə 1 milyard dollar dəyərində humanitar yardım göstərməyə çağırıb.

News24.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş açıqlamasında bildirib.

O deyib ki, dünyada bütün ehtiyac sahiblərinə, xüsusilə də suriyalı qaçqınlara böyük səxavət göstərən Türkiyəni dəstəkləməyin zamanı gəlib.
“Beynəlxalq ictimaiyyəti zəmanəmizin ən böyük təbii fəlakətinə qarşı bu təşəbbüsü tam şəkildə dəstəkləməyə çağırıram” - o bildirib.//musavat.com