Vüqar Qurbanovdan iki təyinat
    • 17-02-2023, 18:13
    • 391

Vüqar Qurbanovdan iki təyinat

Sumqayıt Tibb Mərkəzində iki yeni təyinat olub.

News24.az  xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Belə ki, İlkin Namazov Sumqayıt Tibb Mərkəzinin direktor müavini, Maisə İsmayılova isə Sumqayıt Tibb Mərkəzinin direktor müavini, İlkin səhiyyə xidmətinin rəhbəri təyin olunub.

Qeyd edək ki, İ.Namazov bundan əvvəl Sumqayıt Tibb Mərkəzinin direktor müavini, İlkin səhiyyə xidmətinin rəhbəri, M.İsmayılova isə Mərkəzin nəzdində olan 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinin baş həkimi kimi fəaliyyət göstərib.