Lənkəranda 38 yaşlı kişi bıçaqlanıb
    • 17-02-2023, 21:26
    • 162

Lənkəranda 38 yaşlı kişi bıçaqlanıb

Lənkəranın Liman şəhərində, "Sovxoz” adlanan ərazidə bıçaqlanma hadisəsi baş verib.

1985-ci il təvəllüdlü Əli Qabil oğlu Dövlətov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin hansı zəmində və kim tərəfindən törədildiyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır. /Report/