-
- 18-02-2023, 10:49
- 308
SON DƏQİQƏ: Kritik razılıq ərəfəsində – Blinken Əliyev və Paşinyanla görüşəcək
ABŞ dövlət katibi Entoni Blinken Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla görüşəcək.
News24.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti yayıb. Məlumata görə, görüş yerli vaxtla 13:35-ə nəzərdə tutulub. Onun bu görüşə Münhendə G7 ölkələrinin xarici işlər nazirləri ilə görüşdən sonra qatılacağı bəlli olub. Azərbaycan və Ermənistan liderləri ilə görüşdən sonra isə Blinken Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə bir araya gələcək.
Qeyd edək ki, bundan öncə Blinkenin hər iki liderlə ayrı-ayrılıqda telefon danışığı olub. Bundan başqa ABŞ Dövlət Departamenti də Blinkenin hər iki liderlə görüşünün təşkili üzərində işlədiyini açıqlayıb. Üstəlik, bu həftə ərzində Blinkenin müavini Karen Donfrid Azərbaycan XİN rəhbəri Ceyhun Bayramova zəng edib.//globalinfo