-
- 18-02-2023, 13:35
- 215
"Elmdən, nəzəriyyədən, tikintidən xəbəri olmayanlar boş-boş danışır" — Nüsrət İbrahimov
Həyət evlərinin təhlükəsiz, bina evlərinin təhlükəli olduğunu düşünmürəm.
Bunu News24.az-a açıqlamasında “MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.
O qeyd edib ki, pandemiyadan sonra gənc ailələr həyət və bağ evlərinə üstünlük veriblər:
“Həmin evləri alanların böyük hissəsi bizim tərəfimizdən qeydiyyatdan keçirlər, rəy veririk. Müşahidələrim onu deməyə əsas verir ki, “makler evləri” monalit tikilmir, yuxarı mərtəbəsi tək daş üstündə tikilir və bunların dayanıqlığı daha azdır. Hündür mərtəbəli yaşayış binaları monalitə, 9 bala hesablanmış binalardır. Armaturlar betonun 10%-ni təşkil edir. Həmin armaturlarda dartılmaya, əyilməyə davamlıdır. Binanın tikən zaman ağırlıq mərkəzi hesablanır ki, əyilməyə, sürüşməyə davamlı olsun. Həyət evlərində isə bu gözlənilmir. Elmdən, nəzəriyyədən, tikintidən xəbəri olmayan adamlar boş fikirlər səsləndirirlər. Bundan əlavə, sürüşmə zonasında olan həyət evləri də çoxdur bunlar da risk mənbəyidir”.
Humay İsgəndərova