Bu ərazilərdə işıq olmayacaq - DİQQƏT
    • 12-04-2019, 12:56
    • 703

Bu ərazilərdə işıq olmayacaq - DİQQƏT

"Bu gün Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsində yerləşən bəzi həyət evlərində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq". Bu sözləri News24.az-a açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, fasilə Xırdalan 137 saylı Yarımstansiyada aparılan yenidənqurma işləri ilə əlaqədardır. T. Mustafayev qeyd edib ki, fasilələr  bəzi yerlərdə 12:30-dan, bəzi yerlərdə isə 14:30-dan 16:30-dək davam edəcək.

Şəlalə Ağayeva