İrəvan Bakı ilə razılaşdı: Paşinyan Qafqaz müzakirələrinə qatılır – Foto
    • 18-02-2023, 14:12
    • 209

İrəvan Bakı ilə razılaşdı: Paşinyan Qafqaz müzakirələrinə qatılır – Foto

Ermənistan baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazla bağlı panel diskussiyalara qatılmaq razılığı verib.

News24.az xəbər verir ki, artıq bununla bağlı Münhen Təhlükəsizlik Konfransının rəsmi saytında da məlumat yerləşdirilib. Belə ki, panel diskussiyanın iştirakçıları sırasına Nikol Paşinyanın da adı əlavə edilib.

Qeyd edək ki, bu gün Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazdakı vəziyyətlə bağlı diskussiyalar aparılacaq. 45 dəqiqə davam edəcək müzakirə yerli vaxtla 19:30-da başlayacaq. Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Baş naziri İrakli Qaribaşvili, ATƏT-in Baş katibi Helqa Şmidt iştirak edəcək. Üstəlik, Müzakirənin moderatorluğunu isə Münhen Təhlükəsizlik Konfransının prezidenti Kristof Xoysqen edəcək.

Maraqlı məqam isə müzakirələrin ABŞ Dövlət katibi Entoni Blinkenin Ermənistan və Azərbaycan liderləri ilə görüşündən sonra baş tutacağıdır. Bu isə tərəflərin artıq müəyyən məsələlərlə bağlı müəyyən yaxınlaşmalar əldə etdiyi ehtimallarını artırır. Digər tərəfdən Paşinyanın Qafqazla bağlı müzakirələrə qatılması artıq İrəvanda da Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı Bakının irəli sürdüyü və ABŞ-nin özəlliklə dəstəklədiyi ideyanın qəbul edildiyi fikrini yaradır. Bu isə öz növbəsində Blinkenlə görüşdən sonrakı dönəmdə Tbilisi formatının aktuallaşacağı ehtimallarını gücləndirir.//globalinfo