Paşinyan Şarl Mişellə qeyri-rəsmi görüş keçirib
    • 17-02-2023, 11:16
    • 200

Paşinyan Şarl Mişellə qeyri-rəsmi görüş keçirib

Almaniyanın Münhen şəhərində səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Şurasının sədri Şarl Mişellə qeyri-rəsmi görüş keçirib.

News24.az xəbər verir ki, bu haqda Ermənistan hökuməti məlumat yayıb.

Görüş zamanı tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini, eləcə də Ermənistan-AB əməkdaşlığını müzakirə ediblər.

Bildirək ki, Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edib.