Bəzi magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
    • 19-02-2023, 14:00
    • 345

Bəzi magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Fevralın 20-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi yerlərində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

Bu barədə News24.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə duman olacaq