Xilasedicilərimiz tapdıqları qızılı polisə təhvil verdi - VİDEO

Xilasedicilərimiz tapdıqları qızılı polisə təhvil verdi - VİDEO Gündəm
Türkiyənin Hatay bölgəsində Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən aparılan axtarış-xilasetmə əməliyyatları zamanı dağıntılar altından tapılan qızıl və zinət əşyaları yerli polisə təhvil verilib.

Bu barədə News24.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Hazırda xilasedicilərimiz Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.