Zaqatala şəhər 3 saylı məktəbdə aksiya keçirilir
    • 20-02-2023, 11:53
    • 315

Zaqatala şəhər 3 saylı məktəbdə aksiya keçirilir

Zaqatala rayon Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov adına Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin direktoru Məhnurə İsmayılova 17 fevral 2023-cü il tarixində Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib.

News24.az xəbər verir ki, bununla bağlı olaraq 20 fevral 2023-cü il tarixdə Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə müəyyən narazılıqlar yaranıb.

Məlumat üçün bildiririk ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən məsələ araşdırılır və ictimaiyyətə bu barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin əvvəlki direktoru çalışmanın yaş həddinə çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.//apa.az