Azərbaycanda yeni nağd pul mərkəzi yaradılacaq
    • 20-02-2023, 12:05
    • 244

Azərbaycanda yeni nağd pul mərkəzi yaradılacaq

Azərbaycanda yeni "Cash Center" nağd pul mərkəzinin yaradılması nəzərdə tutulub.

News24.az xəbər verir ki, bunu "Nağd pul dövriyəsinin təşkili-2023 seminarı"nda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı deyib.

“Mərkəzi Bankın əsas yeniliklərindən biri də avadanlıqlara qarşı tələblərin müəyyən edilməsidir. Qarşıdakı iki ildə yaradılacaq "Cash Center" tam avtomatlaşdırılmış nağd pul mərkəzi olacaq" - deyə N. Pənahlı əlavə edib.