Bank hesabından 1000 ABŞ dolları oğurlandı
    • 20-02-2023, 12:06
    • 303

Bank hesabından 1000 ABŞ dolları oğurlandı

Bank hesabından 1000 ABŞ dolları oğurlandı. 

News24.az xəbər verir ki, bu barədə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə şəhər sakini olan bir nəfərin bank hesabından 1000 ABŞ dollarının oğurlanması barədə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Şahin Müslümoğlu müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.