Zəlzələ “Yeşil çam” filmindəki məşhur qayanı ikiyə böldü - FOTO
    • 20-02-2023, 12:59
    • 248

Zəlzələ “Yeşil çam” filmindəki məşhur qayanı ikiyə böldü - FOTO

“Çirkinlər də sevər”  filmi ilə məşhurlaşan “Eski Kahta” adlandırılan böyük qaya zəlzələ nəticəsində iki yerə bölünüb. 

News24.az "Hürriyet"ə istinadla xəbər verir ki, fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra böyük qaya parçası iki yerə parçalanıb və bir hissəsi qayanın yanında yerləşən evi əzib.

Həmin ev qaya parçasının digər evlərin üstünə aşmasının qarşısını alıb. Bununla belə, kəndlilər qaya parçasının hər an evlərinin üstünə aşmasından qorxaraq, təhlükəsiz ərazidə çadırlara sığınıblar.

Xatırladaq ki, “Çirkinlər də sevər” filmində baş rolları Müjdə Ar və İlyas Salman oynamışdı.

Qumral Əliyeva