“Dakkılı” və Səbuhi Xanlarov polisə çağırıldı
    • 20-02-2023, 13:28
    • 1 442

“Dakkılı” və Səbuhi Xanlarov polisə çağırıldı

"Dakkılı" ləqəbli sosial şəbəkə fəalı  Ziliş Cəfərov saxlanılıb.

News24.az xəbər verir ki, DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Qafqazinfo"ya bildirib ki, musiqiçi Hüseyn Hüseynovun sosial şəbəkə üzərindən bir qrup “Tik-tok” istifadəçiləri tərəfindən söyüş və təhqir səsləndirmələri barədə müraciəti əsasında Səbuhi Xanlarov, Rövşən Süleymanzadə və Ziliş Cəfərov polis orqanına dəvət olunublar. 

Onlardan Z.Cəfərovun üzərindən narkotik vasitə aşkar olunaraq götürülüb və barəsində Xətai Rayon Polis İdarəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.