-
- 20-02-2023, 13:12
- 389
Bakının bu rayonunda havada dəm qazı normadan çoxdur
“Fevralın 20-də səhər saatlarında Bakı şəhərinin Səbail, Nizami, Nərimanov rayonları və Sumqayıt şəhəri ərazisində havanın keyfiyyət göstəriciləri norma daxilində olub. Lakin Xətai rayonunda dəm qazı normadan 1.6, Gəncə şəhərində isə azot-4 oksid normadan 1.3 dəfə yüksək qeydə alınıb”.
News24.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) atmosfer havasının 20 fevralda gözlənilən keyfiyyəti ilə bağlı açıqlamasında bildirilib.
“Aparılan təhlillərin nəticələri göstərir ki, sözügedən ərazilərin atmosfer havasının digər ərazilərdən fərqli olaraq daha çox çirklənməyə məruz qalmasının səbəbi həmin ərazilərdə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, eyni zamanda, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərdir”, - deyə rəsmi məlumatda vurğulanıb.
Qeyd edilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.