-
- 20-02-2023, 15:04
- 282
Bakıda küçədə anasını öldürən yeniyetmənin ŞOK İFADƏSİ
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən 15 yaşlı İdeal Məmmədzadənin 5 il müddətinə azadlıqdan məhrum edilməsi cəzası aldığı haqda xəbər vermişdik.
News24.az-ın əldə etdiyi məlumata görə, təhsil aldığı məktəbin yaxınlığında anasını 3 bıçaq zərbəsi ilə öldürən yeniyetmə xüsusi tərbiyə müəssisəsinə yerləşdirilib.
Bununla yanaşı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə İ.Məmmədzadənin anasını qətlə yetirməsi ilə bağlı verdiyi ifadəni əldə etmişik. O, ifadəsində anası, 1985-ci il təvəllüdlü İ.İsmayılovanı Bakı metrosunun “Neftçilər” stansiyası yaxınlığında qısqanclıq zəminində öldürdüyünü deyib. Həmçinin hadisədən əvvəl anasına mesaj yazaraq onunla görüşmək istədiyini deyib. Oğlunun onu öldürmək planından xəbərsiz olan qadın isə həmin ünvana gedib.
İ.Məmmədzadə ifadəsində deyib:“Əvvəllər anam, atam və bacımla birgə yaşayırdıq. Mən anamı atama xəyanət etdiyinə görə bıçaqlamışam. Anamın xəyanət etməyini isə onun heç bir yerdə işləmədiyi halda tez-tez evdən çıxıb evə gec qayıtdığından, evə gəldikdə isə yataq otağına girib saatlarla kiminləsə telefonla danışmasından, nəhayət məqam tapıb anasının telefonundakı məlumatlara baxarkən onun kənar kişilərlə intim yazışmalarını aşkar etməsindən bilmişəm. Artıq o qənaətə gəlmişdim ki, anam atama xəyanət edir. Atam işi ilə əlaqədar tez-tez Türkiyəyə getdiyi üçün mən anam və bacımla evdə tək qalırdıq. Anamın evə gec gəlməsi, başqa şəxslərlə telefon əlaqəsi saxlaması məhz həmin müddətlərə təsadüf edirdi. Şübhələrim barədə babamın evində olarkən 2019-cu ilin dekabr ayında bibimə demişdim, bibim də atama xəbər verməyimi məsləhət bildi. Bundan sonra atama olanları bildirdim. Atam sonra anamı evdən qovdu. Həmin vaxtdan atamla anam boşandı. Bacımla birgə atamın, bəzən isə babamın evində yaşayırdıq”.
İ.Məmmədzadə bildirib ki, anasına görə məktəb yoldaşları ona lağ edirmiş: “Onlar boşandıqdan sonra artıq anamla danışmırdım, əlaqələrimi tamamilə kəsmişdim. 19 aprel 2022-ci il tarixdə saat 19 radələrində Əhmədli qəsəbəsində getdiyim dərs məşğələsindən çıxıb babamgilin evinə getdim. Orada İngilis dili və Riyaziyyat fənlərindən fərdi məşğələ dərslərim vardı. Babamgilə gəldikdən sonra anama mesaj yazıb görüşmək istədiyimi, ona deyəcək sözüm olduğunu bildirdim. Anam görüşməyə razı olduğunu deyəndə ona 20 aprel 2022-ci il tarixdə saat 12-də Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən babamgilin evinə yaxın olan «Kapital Bank»ın qarşısında görüşmək istədiyimi yazdım. 19 aprel 2022-ci il tarixdə gecə babamgildə qalıb səhər mətbəxdən bir ədəd mətbəx bıçağını götürüb çantama qoydum. Növbəti gün ora getdim və anamın gəldiyini gördükdə ona yaxınlaşdım. Əlimdə olan bel çantamı yerə qoyub içinə əvvəlcədən qoyduğum bıçağı çıxardım, bundan sonra nə olduğunu isə xatırlamıram”.
15 yaşlı oğlan hadisədən sonra babasıgilə, sonra isə polis bölməsinə gedib.
Qeyd edək ki, anasını çoxsaylı bıçaq zərbələri ilə küçədə öldürən yeniyetmənin 5 il cəzaya məhkum edilməsi müzakirələrə səbəb olub.
Bundan əvvəl, yəni, oktyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə yerləşdirilməsi barədə qərar çıxarılmışdı.
Taleh BAĞIROV