Bayden gözlənilmədən Kiyevə getdi
    • 20-02-2023, 16:12
    • 219

Bayden gözlənilmədən Kiyevə getdi

ABŞ Prezidenti Co Bayden Ukraynanın paytaxtı Kiyevə səfər edib.

News24.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında Baydenlə fotosunu paylaşıb və bu sözləri yazıb: "Cozef Bayden, Kiyevə xoş gəlmisiniz! Sizin səfəriniz bütün ukraynalılar üçün son dərəcə əhəmiyyətli dəstəyin əlamətidir".  

Ukrayna mediası isə öz növbəsində, Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirildiyini yazıb.

Xatırladaq ki, Baydenin Polşaya səfəri gözlənilirdi. 

Qumral Əliyeva