Məhkəmə "Daqqılı"nı həbs etdi
    • 20-02-2023, 16:48
    • 933

Məhkəmə "Daqqılı"nı həbs etdi

"Daqqılı" ləqəbli bloger Ziliş Cəfərov bu gün məhkəmə qarşısına çıxarılıb. 

News24.az xəbər verir ki, məhkəmənin qərarı ilə Ziliş Cəfərov İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə təqsirli bilinərək 15 sutka həbs cəzası alıb. //lent.az