Naxçıvanda yol qəzası olub, xəsarət alanlar var
    • 21-02-2023, 09:54
    • 256

Naxçıvanda yol qəzası olub, xəsarət alanlar var

Naxçıvan-Şahbuz magistralında yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə Şıxmahmud kəndi ərazisində baş verib.

İki avtomobilin toqquşması nəticəsində bir ailənin 4 üzvü - Şahbuz rayonu Ayrınc kənd sakinləri 1958-ci il təvəllüdlü Namiq Xudanov, 1981-ci təvəllüdlü Ramidə Xudanova, 1982-ci il təvəllüdlü Vüsal Xudanov və 2011-ci il təvəllüdlü Səkinə Xudanlı xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma aparılır.