ETSN: Qızılağac Milli Parkı ərazisindən 6 min metrə yaxın sintetik tor yığışdırılıb
    • 21-02-2023, 09:44
    • 174

ETSN: Qızılağac Milli Parkı ərazisindən 6 min metrə yaxın sintetik tor yığışdırılıb

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Bioloji Müxtəlifliyin Qorunması, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətlərinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının “Kiçik Körfəz” adlanan ərazisində mühafizə rejiminin pozulması faktı aşkar edilib.

News24.az xəbər verir ki, bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, hazırda mühafizə rejimini pozan şəxslərin müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam etdirilir.
Keçirilən nəzarət tədbirləri zamanı ərazidən 5585 metr uzunluğunda sintetik tor yığışdırılıb.