"İtirmək bizim üçün çox ağırdır" - Sabir Məmmədov
    • 21-02-2023, 11:55
    • 219

"İtirmək bizim üçün çox ağırdır" - Sabir Məmmədov

“Ramiz Novruz əvvəlcə öz xəstəliyini bilmirdi və çox nikbin idi. Daha sonra hiss edəndə ki, artıq başqa cür oldu". 

Bu fikirləri News24.az-a açıqlamasında Xalq artisti Sabir Məmmədov ağır xəstəlikdən vəfat edən Ramiz Novruz haqqında danışarkən deyib.

"Bu vaxtda belə aktyorun yetişməsi çox çətindir. İtirmək bizim üçün çox ağırdır. Azərbaycan tamaşaçısı, xalqımız üçün çox ağırdır. Allah rəhmət etsin! Yerdə qalanların canı sağ olsun”.

Qumral ƏLİYEVA