Sabaha olan hava proqnozu
    • 29-01-2019, 14:14
    • 636

Sabaha olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 2-4°, gündüz 7-9° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 5-8° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcərdə, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı ehtimalı var.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı bildirilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı ehtimal edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın çiskinli olacağı proqnozlaşdırılır. Səhər dağlarda duman olacaq. Havanın temperaturunun gecə 3-5°, gündüz 7-11° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacağı bildirilir.
Respublikanın bölgələrində şərq küləyi əsəcək.