Azərbaycan Türkiyəyə növbəti dəfə humanitar yardım göndərib
    • 21-02-2023, 13:53
    • 150

Azərbaycan Türkiyəyə növbəti dəfə humanitar yardım göndərib

Azərbaycan Türkiyəyə növbəti dəfə humanitar yardım göndərib.

News24.az xəbər verir ki, bu barədə  Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən qardaş ölkəyə növbəti dəfə ərzaq yardımı göndərilib.