Magistraturaya qəbul imtahanında bir nəfər maksimum bal toplayıb

Magistraturaya qəbul imtahanında bir nəfər maksimum bal toplayıb Sosial
Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında 1 nəfər 100 bal toplamaqla mümkün olan ən yüksək nəticəni göstərib.

Bu barədə News24.az -a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bildirilib ki, həmçinin imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 18724 bakalavrdan 255 nəfəri imtahana gəlməyib.