İtaliya mətbuatı Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindən reportaj hazırlayıb - FOTO
    • 29-01-2019, 16:24
    • 678

İtaliya mətbuatı Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindən reportaj hazırlayıb - FOTO

İtaliyanın “Agenzia Nova” informasiya agentliyinin müxbiri Valerio Palombaro Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindən, o cümlədən Xocavənd və Cəbrayıl rayonlarına səfərindən reportaj hazırlayıb.

Azərbaycac XİN-in Mətbuat xidmətindən verilən məlumata görə, məqalə “Azərbaycan: Dağlıq Qarabağdakı təmas xətti və məcburi köçkünlərin təhlükəsizliyi üçün görülən işlər” başlığı ilə agentliyin saytında dərc olunub. 
Yazıda bildirilir ki, Ermənistan və Azərbaycan arasında uzun müddətdir davam edən Dağlıq Qarabağ münaqişəsinin 25 ili ərzində rəsmi İrəvanla münaqişənin həlli istiqamətində diplomatik səylərin aparılmasına paralel olaraq rəsmi Bakının dövlət qurumları müharibə nəticəsində öz yurdlarını tərk etmək məcburiyyətində qalmış çoxsaylı məcburi köçkünü müvafiq yaşayışla təmin etmək üzərində də iş aparır: “Agenzia Nova” informasiya agentliyi təmas xəttinə səfər etmiş, Xocəvənd (sahəsi 1458 km2 olan və yalnız 14 min hektar ərazisi Azərbaycanın nəzarətində olan Dağlıq Qarabağın rayonu) və böyük hissəsi Ermənistanın hərbi işğalı altında olan və Dağlıq Qarabağın ətraf 7 rayonundan (Füzuli, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam və Cəbrayıl) biri və kiçik bir hissəsi Azərbaycanın nəzarətində olan Cəbrayıl rayonunun yerli qurumları ilə görüşüb. Tez-tez "dondurulmuş" münaqişə olaraq istinad edilən Dağlıq Qarabağ münaqişəsi 2016-cı ilin aprelində "4 günlük müharibə" kimi tanınan yeni bir gərginliyin artması riski ilə qarşılaşdı. Bu yaxınlarda baş vermiş hərbi əməliyyatların nəticəsi olaraq Ermənistan tərəfindən işğal edilmiş ərazilərlə təmas xəttinin cənubunda və İranla 2 km məsafədə yerləşən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sözügedən "4 günlük müharibə" zamanı həlak olmuş 22 azərbaycanlı gəncin xatirəsinə ucaldılmış memorial yaradılıb. Burada dondurulmuş münaqişə ifadəsinin müəyyən mənada yanıldıcı olduğunu anlamaq mümkündür. Cocuq Mərcanlı Cəbrayıl rayonunun Azərbaycanın nəzarətinə qaytarılmış kəndidir. 2016-cı ildə Azərbaycan Ordusu Ermənistanın hücumuna cavab olaraq həyata keçdirdiyi əks-hücum hərbi əməliyyatı nəticəsində 8 min hektara yaxın ərazini azad etməyə müvəffəq olub. Habelə Azərbaycan ordusu 2018-ci ildə Naxçıvanda digər 11 min hektar ərazini nəzarəti altına qaytarmağa nail olub". 
Məqalədə qeyd olunur ki, 1992-ci ildə ermənilər Xocalıda yerli əhaliyə qarşı “soyqırımı” törədib, qəsəbənin mülki əhalisi olan hər 10 nəfərdən biri qətlə yetirilib, qadın və uşaqlar da daxil olmaqla, ümumilikdə, 613 nəfər öldürülüb: "Xocavənd rayonunun Azərbaycanın nəzarəti altında olan hissəsində məcburi köçkünlər üçün 2 qəsəbə salınıb, qəsəbələr bütün lazımi xidmətlərlə təmin edilib: biri (500 ailədən ibarət bölgənin ən böyük qəsəbəsi) dövlətin maliyyə dəstəyi hesabına salınıb və 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açılışı həyata keçirilib. Digəri isə 2002-ci ildə beynəlxalq təşkilatların dəstəyi ilə salınıb. Qəsəbənin sakinləri dövlət tərəfindən işıq və qaz ödənişlərindən azad edilib". 

//Report